Ru
12:36 / 17 Yanvar 2021

Veteran adı ilə bağlı müraciət edənlərin nəzərinə

1714
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılmış komissiyaya “Veteran adı” və ya “Veteran kitabçasının” təqdim edilməsi səlahiyyəti verilməyib.

"BakuPost" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

"Vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər", - deyə MN rəsmisi bildirib.

Qeyd edək ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində həyata keçirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər