Ru
15:30 / 08 Noyabr 2019

Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi

Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi
Eye

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.

Report-un əldə etdiyi məlumata görə, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

V. Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.

Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar