Ru
10:39 / 19 Oktyabr 2019

Vilnüsdə Azərbaycan musiqiləri səsləndi

1461

Litvanın paytaxtındakı Vilnüs Ratuşasında “Şərq nağılları” adlı klassik musiqi konserti keçirilib.


BakuPost xəbər verir ki, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsertdə Litva Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aşıq Veysəl, Çağatay Akel, həmçinin fransız musiqiçiləri Moris Ravel və Marsel Qranjani kimi bəstəkar və xalq aşıqlarının əsərləri dinlənib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun idarə etdiyi konsertin solisti Çağatay Akel (arfada ifa edib) olub.

Qeyd edək ki, konsert həmçinin Yalçın Adıgözəlovun 60, yaradıcılığının isə 30-cu ildönümü çərçivəsində həyata keçirilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər