Ru
21:44 / 22 Noyabr 2019

Vladimir Putin "Dostluq" ordenini Mehriban Əliyevaya təqdim etdi

2990
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

BakuPost-un
Rusiya mediasına istinadən məlumatına görə, görüşdə Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə bir müddət öncə təltif olunduğu "Dostluq" ordeni də təqdim edib.

Rusiya prezidenti V.Putin həmçinin dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşünün planlaşdırıldığını bildirib.


Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər