Milyonlarla istifadəçi "Votsap veb" platformasına daxil olmaqda çətinlik çəkir.
Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, məlumata görə, platformada qlobal xidmət kəsintisi baş verib.
İstifadəçilər əsasən səhifənin açılmaması və mesaj göndərmə bölməsinin yüklənməməsi problemi ilə üzləşiblər.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Problemin hansı səbəbdən yarandığı və nə vaxt tam aradan qaldırıldığı barədə əlavə məlumat gözlənilir.