Ru
12:52 / 13 Sentyabr 2025

Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO

Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
Eye

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, M.Yagizarov uzun sürən xəstəlikdən sonra bu gün Almaniyada vəfat edib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. O, “Arşın mal alan”, “Böyük dayaq”, “Bir cənub şəhərində”, “Ögey ana”, “Ulduz” və s. onlarla filmdə yaratdığı obrazlarla məşhurdur. "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan SSR xalq artisti", Azərbaycan SSR Dövlət mükafatı, "Qızıl Dərviş" mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar