Ru
23:09 / 03 Sentyabr 2021

Xalq rəssamı Arif Qazıyev vəfat etdi

Xalq rəssamı Arif Qazıyev vəfat etdi
Eye

Xalq rəssamı, heykəltəraş Arif Qazıyev bu gün vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya rəssamın yaxınları məlumat verib.

Qeyd edək ki, Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub.

Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyuq”, ”İki bumeranq” və s. əsərlərin müəllifi olan 84 yaşlı incəsənət xadimi Arif Qazıyev 2018-ci ildə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar