Ru
16:49 / 08 Yanvar 2026

“Xalqlar dostluğu”nun yaxınlığında naməlum meyit tapıldı - Foto

“Xalqlar dostluğu”nun yaxınlığında naməlum meyit tapıldı - Foto
Eye

Bu gün səhər saatlarında metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında kişi meyiti tapılıb.

Bakupost.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, əraziyə polis və təcili yardım briqadası cəlb olunub.

55-60 yaşlarındakı kişinin şəxsiyyəti hələlik məlum deyil.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, bu gün saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan təcili çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar