Ru
20:39 / 03 Noyabr 2025

Xamenei ABŞ ilə əməkdaşlıq üçün şərtlərini açıqladı

Xamenei ABŞ ilə əməkdaşlıq üçün şərtlərini açıqladı
Eye

İranın Ali lideri Əli Xamenei ABŞ ilə əməkdaşlıq etmək üçün bir neçə şərt irəli sürüb.

Bakupost.Az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə o, bir qrup şagird və tələbələrlə görüşündə bildirib.

"Əgər ABŞ "sionist rejimə" (İsrailə - red.) dəstəyini tamamilə dayandırsa, öz hərbi bazalarını bölgədən çıxarsa və region məsələlərinə müdaxilədən imtina etsə, İranın ABŞ ilə əməkdaşlığı məsələsinə baxıla bilər. Ancaq bu, nə hazırda, nə də yaxın gələcək üçün gözlənilən bir hadisə deyil", - Xamenei qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar