Ru
14:31 / 15 Yanvar 2026

Xameneinin varisi pullarını Dubaya köçürüb – İki gündə 1.5 milyard dollar

Xameneinin varisi pullarını Dubaya köçürüb – İki gündə 1.5 milyard dollar
Eye

İranın ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xamenei son iki gün ərzində Dubaydakı hesablarına təxminən 1,5 milyard dollar köçürüb.

Bakupost.az İsrailin “Kanal 14” telekanalının istinadən xəbər verir ki, bu əməliyyatlar ənənəvi bank şəbəkəsi deyil, kriptovalyuta vasitəsilə həyata keçirilib. Müctəba Xamenei təkcə bir hesaba təxminən 328 milyon dollar köçürüb.

İsrail mənbələri xəbər verir ki, son günlər İranın beş böyük bankı iflas həddinə yaxınlaşıb. Bunlar arasında SEPAH ilə birbaşa bağlantısı olan “Sepah Bank” da yer alır. Maliyyə köçürmələri fonunda ölkədə kütləvi etirazlar və iqtisadi böhran diqqət çəkir.

Bu arada İran üzərində hava məkanın açılmasına baxmayaraq, beynəlxalq aviareyslər İranın hava məkanına daxil olmadan kəskin şəkildə marşrutunu dəyişdirib və geri qayıdır. Bu barədə kommersiya uçuşlarını real vaxtda izləyən “Flightradar24” platforması məlumat yayıb.

Qeyd olunur ki, bəzi uçuşlar qonşu ölkələrin hava məkanından istifadə etməklə təyinat nöqtələrinə yönəldilib. Bu addımlar İranın hava məkanında yaranmış gərginlik və təhlükə risklərinə cavab olaraq atılıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar