Ru
11:35 / 03 Dekabr 2021

Xəzərin suyu sürətlə azalır - Ekspertdən həyəcan təbili - FOTO

5569
“Hesab edirəm ki, Xəzərdə suyun azalması yeraltı hərəkətlər prosesinin nəticəsidir”.

Bunu Bakupost.az -a Xəzərin suyunun azalmasını şərh edərkən ekoloq Məhərrəm Mehdiyev deyib.

Onun fikrincə, bu prosesin sürətlə getməsində bir çox amillərin rolu var:

“Düzdür, Xəzər dənizində antropogen təsirlər var, amma təbii təsirlər isə daha çoxdur. Bildiyiniz kimi Xəzər dənizini qidalandıran ən böyük çaylar Volqa və Kür-Araz çaylarıdır. Bu, çaylarda suyun azalması Xəzər dənizinin suyunun azalması, onların üzərində su elektrik stansiyalarını tikilməsi, bəndlərin qurulması, bir sözlə bunların hamısı Xəzərdə suyun azalmasına gətirib çıxaran amillərdir. Son zamanlar iqlim dəyişkənliyi, yəni temperaturun qalxması da təsir edən elementlərdən biridir. Eyni zamanda, yay fəslinin çox isti keçməsi və buxarlanmanın çox olması Xəzərdə suyun azalmasına gətirib çıxaran digər səbəblərdən biridir.

Yer kürəsi dinamik bir maddədir, yəni özünün yeraltı hərəkətləri var. Həmçinin müəyyən pilətələri var ki, o hərəkəti canlandırır. Həmin hərəkətlərin nəticəsində yerin altında böyük qabarmalar, dəliklər yaranır və pilətələrin toqquşmaları baş verir. Bunun nəticəsində isə ya zəlzələlər əmələ gəlir, ya da su hövzəsindəki suyun həmin dəliklərə axması ilə həmin hövzədə suyun azalması prosesi baş verir.
Digər tərəfdən dənizi, gölü, okeanı qidalandıran çayların axınlarında bol mayeli suların azalması və artması ilə bağlıdır. Son illər Volqa və Kür çaylarında suyun azaldığını görürük. Çox güman ki, bu da Xəzər dənizində suyun azalmasına səbəb olub. Üçüncüsü iqlim dəyişkənliyi su hövzələrinin azalıb-çoxalmasına dəlalət edir. Bu da son zamanlar temperaturun qalxması ilə bağlıdır. Bütün dünyada bu gün iqlim dəyişkənliyi ilə bağlı problem çox yüksək səviyyədə müzakirə olunur. Bu üç məfhum əsasən həmin su hövzələrinin, o cümlədən, Xəzər dənizinin suyunun artıb-azalması şəraitini yaradıb”.

F. Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər