Ru
13:18 / 05 Yanvar 2026

Xırdalanda ağacları kəsdilər - 13 250 manat cərimə... - FOTO

Xırdalanda ağacları kəsdilər - 13 250 manat cərimə... - FOTO
Eye

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.


Bu barədə Bakupost.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

İdarənin rəisi Asif Məcidovun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib.

Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Xırdalanda ağacları kəsdilər - 13 250 manat cərimə... - FOTO
Xırdalanda ağacları kəsdilər - 13 250 manat cərimə... - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar