Bu gün Tehranın 15 Xordad küçəsində etiraz aksiyası keçirilib.
Bakupost.az "Azad İran"a istinadən xəbər verir ki, aksiyada iştirak edən insanlar İran parlamentinin binası istiqamətində hərəkət edir. Hadisə ilə bağlı paylaşılan xəritədə izdihamın olduğu ərazi qırmızı, parlament binasının yerləşdiyi nöqtə isə mavi rənglə işarələnib.
Məlumata görə, təhlükəsizlik qüvvələri “15 Xordad” metro stansiyası ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bölgədə vəziyyət gərgin olaraq qalır.