Ru
21:41 / 26 Fevral 2020

Xocalı qurbanları Kiyevdə Ukrayna üçün həssas məkanda anıldı - FOTOLAR

1538
Bu gün, 26 fevral günü Kiyv şəhərində, Milli “Qolodomor” – Soyqırım Muzeyində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə anım tədbiri təşkil olunub.

Tədbirdə Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun katibi İvan Slobodianik, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Ukraynanın sabiq yanacaq və energetika naziri Bürzü Əliyev, tarix elmləri doktoru, professor Fərhad Turanlı, UABD sədri, hüquq elmləri doktoru Hikmət Cavadov, Ukraynanın ictimai xadimləri iştirak ediblər.


UABD sədri H.Cavadov tədbirin belə bir məkanda keçirilməsi təsadüfi olmayıb: “32 metr hündürlükdəki “Xatirə Şamı” ibadətgahı, balaca qızın bürünc heykəli, girişdəki mələkləri təsvir edən heykəl kompozisiyası, Qara Lövhələr Xiyabanı hər il minlərlə ukraynalının ziyarətgahına çevrilir. Bəli, o vaxtlar “Qolodomor” cinayəti törədərək ukraynalı kimliyini “sovet adamı” kimliyilə əvəz etmək qarşıya məqsəd qoyulmuşdu. Ukraynada yaşayan azərbaycanlılar da bu dəhşətli faciənin qurbanlarını ehtiramla yad edirlər. Bu gün Xocalıda dinc azərbaycanlılarının soyqırımı günündə buraya gələrək yaxın keçmişdə dəhşətli fəciə yaşamış xalqımızın da ukraynalıların dərdini bölüşdüyünü göstəririk. Bu gün Milli “Qolodomor” – Soyqırım Muzeyinə gələnlər, o cümlədən tanınmış siyasətçilər, ictimai xadimləri iki xalqı həm də birgə ağrıların, oxşar tarixi faciələrin də birləşdirdiyini büruzə veriblər. Tarixin bu qara səhifələri bir daha təkrar olmaması naminə unudulmamalı, xalqlarımızın qan yaddaşında daim yaşamalıdır”.

Xocalı soyqırımı Ermənistan – Azərbaycan müharibəsinin ən dəhşətli hadisələrindəndir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi qüvvələri və onları dəstəkləyən MDB Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının hərbçiləri Xocalının 613 sakinini, o cümlədən uşaqları, qadınları, qocaları xüsusi amansızqlıqla öldürüblər.

1932-1933-cü illərdə Ukraynada qəsdən yaradılan ərzaq qıtlığı nəticəsində müxtəlif hesablamalara görə 4 milyondan 8 milyonadək insan acından tələf olmuşdu. Ölənlərin yarısının 6 ay ilə 17 yaş arasında olduğu nəzərə alınsa həmin müddət ərzində doğulmayanları da hesaba qatmaq şərtilə qurbanların 12 milyon, yəni Böyük Vətən müharibəsində həlak olanlardan xeyli çox olduğu bəlli olur. Sovet komunist rejiminin kolxozlaşma siyasətinin tərkib hissəsi olan və “Qolodomor” adı ilə tanınan bu hadisə insanlığa qarşı tarixdəki ən qatı cinayətlər sırasındadır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər