Ru
16:48 / 01 İyun 2026

Yağış yağdı, qiymətlər qalxdı: Meyvə nə vaxt ucuzlaşacaq?

Yağış yağdı, qiymətlər qalxdı: Meyvə nə vaxt ucuzlaşacaq?
Eye

Son günlər Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sahəsində ciddi narahatlıq yaradıb.

Bakupost.az xəbər verir ki, bir sıra rayonlarda yağan güclü leysan və dolu əkin sahələrinə, meyvə bağlarına və tərəvəz plantasiyalarına ziyan vuraraq regional iqtisadiyyata ağır zərbə vurub.

Maraqlıdır, kənd təsərrüfatına dəyən zərər daxili bazarda qiymət artımına səbəb olacaqmı?

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, meyvə bazarında qiymətlər ötən ilə nisbətən yüksək olacaq:

"Hava şəraitindəki qeyri-sabitlik kənd təsərrüfatı bazarında məhsul çeşidinə və istehsal həcminə birbaşa mənfi təsir göstərərək, aqrar bazarda, xüsusilə də meyvə qiymətlərində bahalaşmaya səbəb olub. Sevindirici haldır ki, artıq sığorta mexanizmi işə düşüb və bağlarını sığortalayan fermerlər əlverişsiz hava şəraiti nəticəsində dəymiş zərərə görə kompensasiya ala biləcəklər".

Ekspertin fikrincə, qiymət artımı yalnız mövsümü xarakter daşımır:

"İstehlakçılar arasında gilas, ərik, albalı və digər mövsümi meyvələrin bahalığının müvəqqəti olması və mövsümü faktorlarla əlaqələndirilsə də, reallıq bir qədər fərqlidir. Burada məhsuldarlığın azalması da əsas rol oynayır. Yığım başladıqca qiymətlərdə müəyyən enmələr müşahidə oluna bilər, lakin ümumi mənzərə göstərir ki, bu il meyvənin qiyməti ötən illə müqayisədə daha yüksək olacaq”.

Gülsüm Baxşəliyeva, “BakuPost”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar