Yanan mənzildən meyit tapıldı

508
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuPost-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb.
 
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər