Ru
15:11 / 09 Fevral 2026

Yanlış ağrıkəsici istifadəsində fantastik ölüm sayı – Avtomobil qəzalarında bu qədər deyil

Yanlış ağrıkəsici istifadəsində fantastik ölüm sayı – Avtomobil qəzalarında bu qədər deyil
Eye

Avropada aparılan araşdırmalara görə, gündəlik qəbul edilən ağrıkəsici və qızdırma salan dərmanların səhv istifadəsi hər il təxminən on müinlərlə ölümə və milyonlara xəstəxanada müalicəyə səbəb olur.

Ekspertlər bildirir ki, parasetamol, ibuprofen, aspirin, antihistaminlər, yuxugətirici dərmanları və soyuqdəymə siropları kimi geniş istifadə olunan məhsullar yanlış şərtlərdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Parasetamol: həddindən artıq doza və ya eyni aktiv digər dərmanlarla birlikdə istifadəsi ciddi qaraciyər zədəsinə səbəb ola bilər.

İbuprofen: uzun müddət və yüksək dozada istifadə mədə xorası, həzm sistemi qanamaları və böyrək çatışmazlığı riskini artırır.

Aspirin: qan durulaşdırıcı təsiri ilə qanama riskini yüksəldir.

Ekspertlər dərmanların təhlükəsizliyinin doza, istifadə müddəti, fərdi sağlamlıq və digər dərmanlarla qarşılıqlı təsir faktorlarına bağlı olduğunu vurğulayır.

“Farmakovijilans Mərkəzləri Şəbəkəsi”nə görə, xəstəxanaya müraciətlərin 8,5%-ni dərmanların səhv istifadəsi təşkil edir. Bu isə avtomobil qəzalarından daha çox ölümlə nəticələnir.

Mütəxəssislər tövsiyə edir ki:

Dərmanlar həmişə təlimat vərəqindəki yazılanlar üzrə istifadə olunmalıdır.

Müxtəlif dərmanlar eyni anda istifadə edilmədən əvvəl həkim və ya aptekçi ilə məsləhətləşilməlidir.

İstifadəq müddəti bitdikdən sonra dərmanlar yenidən qəbul edilməməlidir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar