Lənkəranda yanan meyitlərin Cəlilabad rayon Kazımabad kənd sakinləri olduğu bildirilir.
Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, ötən gün iki nəfərin yanmış cəsədləri aşkar olunanların Cəlilabad rayon Kazımabad kənd sakinləri 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların şəxsiyyətini dəqiqləşdirmək üçün qohumlarından analiz götürülüb.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
***
16:17 (16.11.2025)
Lənkəran rayonunda 2 nəfərin cəsədi tapılıb.
Meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.