Ru
12:31 / 19 Noyabr 2025

Yaponiyada bir məhəllə külə döndü – 170 ev bir göz qırpımında yandı

Yaponiyada bir məhəllə külə döndü – 170 ev bir göz qırpımında yandı
Eye

Yaponiyanın Oita şəhərində bir məhəllə çıxan yanğın güclü külək sayəsində ən azı 170 evi kül etdi. 170-dən çox insan təhlükəsiz bölgələrə köçürülüb. Rəsmilər 70 yaşlarında bir kişinin itkin düşdüyünü bildiriblər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Yanğın və Fəlakət İdarəetmə Agentliyi yanğının dünən axşam saatlarında balıqçı limanının yaxınlığında güclü küləklərin təsiri ilə başladığını və qısa müddətdə ətrafdakı meşəlik əraziyə yayıldığını açıqlayıb.

Yapon televiziya kanallarında yayımlanan görüntülərdə günorta saatlarına qədər kül olmuş evlər və geniş bir ərazidən qalxan tüstü müşahidə olunub. Alov azalsa da, yanğının hələ də tam söndürülmədiyi bildirilib.

“Kyodo” xəbər agentliyinə danışan bir sakin “Yanğın göz açıb yumunca yayıldı, heç bir əşyamı götürə bilmədən qaçdım”, – deyib.




Hadisə yerinə 200-dən çox yanğınsöndürən və çox sayda yanğınsöndürmə maşını cəlb olunub. Yaponiya Quru Özünümüdafiə Qüvvələri də iki “UH-1” tipli helikopterlə söndürmə işlərinə qatılıb.

Ölkənin Baş nazir Sanae Takaici “X” hesabında paylaşım edərək yanğından zərər çəkənlərə başsağlığı verib və hökumətin hadisə ilə bağlı “maksimum dəstək göstərəcəyini” bildirib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar