Ru
15:37 / 21 Yanvar 2025

“Beko Rəşad” Yasamal DYP-nin rəisi təyin edildi

“Beko Rəşad” Yasamal DYP-nin rəisi təyin edildi
Eye

Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinə yeni rəis təyin edilib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.


Əmrə əsasən, polis mayoru Rəşad Nağıyev Yasamal DYP-nin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və “Beko Rəşad” kimi tanınan Rəşad Nağıyev əvvəllər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində, daha sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyib.
Yeni təyinatına qədər isə o, Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar