Ru
11:57 / 02 İyun 2021

Yaşlı qadını tövlədə saxlayırlar – Gədəbəydə dəhşətli olay - VİDEO

Yaşlı qadını tövlədə saxlayırlar – Gədəbəydə dəhşətli olay -  VİDEO
Eye

Gədəbəy rayonu, İvanovka kənd sakini Səkinə nənənin pensiya kartı əlindən alınaraq, şiddət və işgəncə görməsi ilə bağlı video görüntü yayılıb.

Bakupost.az xəbər verir ki, həmin videonu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb.

O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə olmayıb: “3 gün öncə ahıl bir qadının şiddət görməsi ilə bağlı yazı paylaşıb, aidiyyəti qurumları işarələmişdim. Həmin qurumlardan da əlaqə saxlamamı, qadın haqqında məlumatları onlara verməyimi bildirəndə dərhal göndərdim. Harda yaşayır, kim ona işgəncə verir, vəziyyəti barədə bildiklərimi göndərdim. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərəcəyik araşdıracaqlar.

"Araşdırmanız" necə məhsuldar olubsa Səkinə xalanın pensiya kartını mənimsəyən və işgəncə verən şəxs bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır!!!

Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonu, İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır.

Dəfələrlə qadınla bağlı kənd camaatının müdaxiləsi də olub, amma nə fayda...”



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar