Ru
21:46 / 25 İyul 2025

Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI

Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI
Eye

"Liverpul" azarkeşlərə və məşqçi heyətinə bir bayram təşkil edib - Mersisaydlılar bu yay transferlərə heç bir pul əsirgəməyiblər.


Bakupost.az xəbər verir ki, “Qırmızılar” “Bavariya”nın aylardır arxasınca getdiyi Florian Virts üçün “Bayer”ə 125 milyon avro ödəyib. Əczaçılar Ceremi Frimpon üçün “Liverpul”dan daha 40 milyon avro alıb və “Bornmut” Miloş Kerkezin “Enfild”ə keçidi üçün təxminən 47 milyon avro qazanıb.

Lakin bu da mersisaydlılar üçün kifayət etməyib! "Liverpul" Yuqo Ekitikeni "Ayntraxt"dan alıb, onun transferi üçün klub bonuslar daxil olmaqla 95 milyon avro ödəyəcək.

“LiveScore”un məlumatına görə, “qırmızılar” yayda artıq 309 milyon avro xərcləyib ki, bu da digər klublardan daha çoxdur.

Xərclərə görə ikinci yerdə “Çelsi” qərarlaşıb, londonlular artıq 244 milyon avro xərcləyib. Onların ən bahalı alışı Ceymi Qittens olub, onun üçün Dortmund “Borussiya”sı təxminən 65 milyon avro alıb.

Yayın ilk üçlüyünü 168 milyon avro xərcləyən “Real” klubu tamamlayıb, "qaymaqlılar" isə Din Heysen üçün ən çox xərcləyib - "Bornmut"a 63 milyon avro. İlk beşliyə Mançesterin klubları da daxil olub: “Mançester Yunayted” (ən çox pul xərci – 75 milyon avroya Brian Mbemo) və “Mançester Siti” (ən çox pul xərci – 55 milyon avroya Teyani Reynders).

Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar