Ru
11:59 / 22 Yanvar 2026

Yeni sədr köhnənin adamını işdən çıxardı

Yeni sədr köhnənin adamını işdən çıxardı
Eye

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyəti (QSC) İdarə Heyətinin yeni sədri Əfqan Cəlilov qurumda kadr islahatlarına başlayıb.

Bakupost.az xəbər verir ki, Əfqan Cəlilovun əmri ilə "ASCO Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Hüseynov Sabir Həsən oğlu vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.

Xəbəri dəqiqləşdirmək üçün ASCO-nun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyevlə əlaqə saxlamağa çalışsaq da, telefona cavab vermədi.

Qeyd edək ki, Sabiq Hüseynov ASCO İdarə Heyətinin sabiq sədri Rauf Vəliyevin ən yaxın adamı hesab olunurdu. O, 2018-ci ildən sözügedən quruma rəhbərlik edirdi.

"ASCO Mühafizə" və "ASCO Logistics" kimi qurumlar "ASCO Nəqliyyat" MMC-nin tərkibində fəaliyyət göstərir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar