Ru
14:07 / 18 Yanvar 2020

Yeniyetmə maşın qaçırdı, ağaca çırpdı

Yeniyetmə maşın qaçırdı, ağaca çırpdı
Eye

Yanvarın 17-də saat 16 radələrində Gəncə şəhəri ərazisindən şəhər sakini H.Məmmədova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə Kəpəz RPİ-yə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, avtomobil şəhərin D.Qorqud küçəsində ağaca vurulmuş halda tapılıb.


Araşdırmalarla nəqliyyat vasitəsinin Gəncə şəhər sakini olan yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən ağaca vurulması, özünün və sərnişini olan digər yeniyetmənin xəsarətlə xəstəxanaya yerləşdirilmələri müəyyən edilib. Kəpəz RPİ tərəfindən araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar