Ru
10:33 / 18 Fevral 2020

Yol qəzasında 2 nəfər öldü

1382
2020-ci il fevral ayının 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatla açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 33 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər