Ru
16:36 / 11 Fevral 2021

Zakir Həsənov və Hulusi Akar "Qış-2021" təlimlərində - FOTOLAR

1432
Türkiyə müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin Qars bölgəsində keçirilən “Qış-2021” Türkiyə-Azərbaycan Birgə Müştərək Tabor Xidmət Gücü Təlimlərini izləyib.

“bakupost” xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi səhifəsində təlimlərdən son fotogörüntülər yerləşdirilib.

Təlimləri izləməyə, həmçinin Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları Komandanı general Ümit Dündar, Dəniz Qüvvələri Komandiri admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı general Həsən Küçükakyüz də qatılıb.

Hulusi Akar təlimlərin keçirildiyi ərazidə yerləşən çörək sexində hazırlanan çörəklərdən birini bölərək Zakir Həsənovu və digər rəsmiləri çörəyə qonaq edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər