Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, Teleqram hesabında paylaşım edib.
Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.
“Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşdən azad olmalıyıq”, – deyə Paşinyan qeyd edib.
Zaxarova isə KQB-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib.
“Osmanlı İmperiyasında “erməni soyqırımı” 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb”, – o vurğulayıb.