Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə işgüzar səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran "X" platformasında paylaşım edib.
"Ankarada keçiriləcək görüşlərdə strateji tərəfdaşımız Ukrayna ilə gündəmimizdə yer alan məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinə dair son durum, o cümlədən İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həllə yönəlmiş səylər müzakirə olunacaq",-deyə paylaşımda bildirilib.