Ru
20:00 / 18 Noyabr 2025

Məmmədli kəndində 4 avtobus eynu vaxtda yandı - VİDEO

Məmmədli kəndində 4 avtobus eynu vaxtda yandı - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakupost.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

Digər avtobuslar yanğından mühafizə olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar