Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının "Azəbaycanfilm" kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq "Kinopark"da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: "Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin bərpasıdır. Bərpa zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq".