Ru
23:32 / 18 Noyabr 2025

ABŞ-dan deportasiya olunan əlli ukraynalı ölkələrinə qayıtdı

ABŞ-dan deportasiya olunan əlli ukraynalı ölkələrinə qayıtdı
Eye

ABŞ-dan deportasiya olunan 50 Ukrayna vətəndaşı Polşa ilə sərhəddə yerləşən Şeqini keçid məntəqəsi vasitəsilə ölkələrinə qayıdıb.

Bakupost.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

Demçenkonun sözlərinə görə, daha əvvəl ABŞ vətəndaşlığı olmayan bir neçə şəxsin Polşa üzərindən Ukraynaya deportasiya ediləcəyi barədə Kiyevi məlumatlandırmışdı.

“Ukrayna öz vətəndaşlarını istənilən halda qəbul edir. Hazırda onların deportasiyası ilə bağlı şərait dəqiqləşdirilir,” – deyə Demçenko əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə daha sərt miqrasiya siyasətinə çağırış edib. O, ABŞ tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirməyə söz verib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar