Ru
21:29 / 18 Noyabr 2025

30 min abonentin suyu kəsiləcək - XƏBƏRDARLIQ

30 min abonentin suyu kəsiləcək - XƏBƏRDARLIQ
Eye

Sabah Sumqayıt şəhərində 30 min abonentin suyu kəsiləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsinin məlumatında deyilir.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 19-da saat 10:00-dan axşam saatlarınadək şəhərin bir neçə ərazisində suyun verilməsində müvəqqəti fasilə olacaq.

Məhdudiyyətlər şəhərin 12-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cü məhəllə, həmçinin "Qızılqum" yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər Sülh küçəsi, Xəzər sahili küçələri, eləcə də 1, 3 və 4-cü mikrorayonların bir hissəsi, 8, 9 və 10-cu mikrorayonlarda müşahidə olunacaq və təqribən 30 min abonenti əhatə edəcək.

Suyun verilişi təmir işləri başa çatdıqdan sonra tədricən bərpa olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar