Ru
22:41 / 18 Noyabr 2025

Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - FOTO

Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR - FOTO
Eye

Azərbaycan Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar.

Bakupost.az xəbər verir ki, tanışlıq zamanı bu nəqliyyat qovşaqlarının regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Həmçinin ərazidə gömrük xidmətinin təşkili və bu istiqamətdə aparılan işlər nəzərdən keçirilib. Adiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən yerində müvafiq brifinqlər verilib.

Xatırladaq ki, bu gün Zəngilanda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası keçirilib.

Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri bir sıra obyektlərə baxış keçirib, görülən işlərlə tanış olublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar