Rusiya öz milli maraqlarını nəzərə alaraq, Ukraynada nizamlanma üzrə danışıqlara hazırdır.
Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz danışıqlara razıyıq, amma yalnız milli maraqlarımızı nəzərə alaraq. Üstəlik, təkcə bugünkü deyil, həm də tarixi perspektivə hesablanmış danışıqlar aparırıq”, - deyə Putin Ukrayna müharibəsinin iştirakçıları olan hərbçilərlə görüşündə bildirib.
Putinin sözlərinə görə, Rusiya rəqibinin imkanlarını nəzərə almalı, öz imkanlarını inkişaf etdirməli və gücləndirməlidir.
Asena,
BakuPost