Ru
21:54 / 18 Noyabr 2025

Fidan Türkiyə-Ermənistan əlaqələrindən danışdı

Fidan Türkiyə-Ermənistan əlaqələrindən danışdı
Eye

Türkiyə Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurur.

Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı əlaqələr ikitərəfli və çoxtərəfli platformalarda davam edir:

"Azərbaycan-Ermənistan sülh prosesində 8 avqustda Vaşinqtonda ortaya qoyulan iradə və Ermənistanla apardığımız normallaşma prosesindəki irəliləyiş, bölgədə uzun müddətdir gözlənilən daimi sülhə yönəlik ümidləri gücləndirib. Qarabağın yenidən qurulması və canlandırılması da daxil olmaqla, Cənubi Qafqazda sülh və sabitliyin təsis edilməsinə yönəlik səylərdə müttəfiqimiz Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət etməyə davam edirik".

Nazir Türkiyə və Ermənistan arasındakı əlaqələrə də toxunub:

"Ölkəmizlə əlaqələrini normallaşdırma mövzusunda açıq və istəkli bir mövqe göstərən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu davam etdirir, atıla biləcək konkret addımlar üzərində ortaq işlərimizi səmimiyyətlə irəlilədirik. Türkiyə Cənubi Qafqazda sülhün təsis edilməsi və bölgədə ortaq bir rifah sahəsi yaradılması üçün səy göstərməyə davam edir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar