Ru
19:38 / 25 Noyabr 2025

Zelenski 56 gəmiyə qarşı sanksiyaları təsdiqlədi

Zelenski 56 gəmiyə qarşı sanksiyaları təsdiqlədi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müvəqqəti işğalı altında olan ölkə limanlarına qanunsuz daxil olan və ölkənin ərzaq məhsullarını daşıyan 56 dəniz gəmisinə qarşı sanksiyaları təsdiqləyib.

Bakupost.az xəbər verir ki, müvafiq sənəd Prezident Ofisinin saytında yerləşdirilib.

Prezidentin fərmanına əsasən, Rusiyanın 39 gəmisi ilə yanaşı, Panama, Kamerun, Toqo, Esvatini, Barbados və digər ölkələrin dəniz gəmiləri də sanksiyalara məruz qalıb. Onların arasında "ENISEY", "BAYAZE D", "FINIKIA", "SMP NOVODVINSK" və başqaları var.

"Məhdudiyyətlər dəniz daşımalarının tənzimlənməsi və Rusiyanın müvəqqəti nəzarətində olan limanlardan məhsulların daşınmasına nəzarət edilməsi məqsədilə tətbiq olunur", - məlumatda deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar