Ru
12:12 / 24 Aprel 2026

1 milyon dollarlıq “Qızıl kartı” yalnız 1 əcnəbi ala bildi

1 milyon dollarlıq “Qızıl kartı” yalnız 1 əcnəbi ala bildi
Eye

ABŞ Prezidenti Donald Trampın 1 milyon dollarlıq investisiya müqabilində daimi yaşayış imkanı qazandıran “Qızıl kart” viza proqramı çərçivəsində yalnız bir əcnəbinin ərizəsi təsdiqlənib.

Bakupost.az Yeni Sabah-a istinadla xəbər verir ki, bu faktı Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik Konqresdəki dinləmə zamanı açıqlayıb.

Onun sözlərinə görə, yüzlərlə əcnəbinin müraciətləri nəzərdən keçirilir. Daxili Təhlükəsizlik Nazirliyi namizədləri son dərəcə dəqiqliklə yoxlayır və onlar sənədlərin emalı üçün 15 min dollar ödəyir.

Ərizələrin qəbuluna 2025-ci ilin dekabrında başlanılıb. Lakin bundan əvvəl bildirilmişdi ki, proqram qeyri-adi qabiliyyətə malik və ya ABŞ-nin maraqları baxımından dəyərli saylan şəxslər üçün nəzərdə tutulan EB-1 və EB-2 viza kateqoriyalarını əvəz etməlidir

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar