Ru
11:00 / 22 Aprel 2026

10 nəfəri öldürən İsanın anası da həbs edildi

10 nəfəri öldürən İsanın anası da həbs edildi
Eye

Kahramanmaraşda baş verən və 10 nəfərin ölümü ilə nəticələnən məktəb hücumu ilə bağlı istintaq genişləndirilib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 14 yaşlı İsa Aras Mersinlinin anası Pınar Peyman Mersinli “səhlənkarlıqdan ölümə səbəb olma” ittihamı ilə həbs edilib.

Bildirilib ki, ana bu gün (dünən - red.) məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı daha əvvəl atası, polis baş müfəttişi Uğur Mersinli də saxlanılmışdı.

Qeyd edək ki, hadisə Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbində baş verib. 14 yaşlı İsa Aras Mersinli atasına məxsus silahla məktəbə daxil olaraq şagird və müəllimlərə atəş açıb.

Hücum nəticəsində riyaziyyat müəllimi Ayla Kara da daxil olmaqla, ümumilikdə 10 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar