Ru
12:01 / 22 Aprel 2026

Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır

Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
Eye

Amerikalı tədqiqatçı Endryu Cons Türkiyənin Ağrı dağı ərazisindəki qaya formasiyası ilə bağlı yeni iddia irəli sürüb.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, Cons “GB News”-a verdiyi müsahibədə əldə olunan son elmi nəticələr əsasında bu ərazinin Nuhun gəmisi ilə əlaqəli ola biləcəyini iddia edib.

Onun sözlərinə görə, hələ 1959-cu ildə aşkarlanan gəmi formalı qaya strukturu üzərində aparılan son tədqiqatlar diqqətçəkən nəticələr ortaya qoyub. Yeraltı radar araşdırmaları nəticəsində ərazidə tunellər və mərkəzi boşluqların aşkar edildiyi bildirilir. Tədqiqatçı bu strukturların təsadüfi olmadığını və müəyyən plan əsasında formalaşdığını iddia edir.
Alim əlavə edib ki, geofiziki üsullardan, xüsusilə yeraltı radar və infraqırmızı görüntüləmə texnologiyalarından istifadə nəticəsində dağın dərinliklərində gəmi formasına bənzər quruluş müşahidə olunub. Onun fikrincə, bu, təbii deyil və insan fəaliyyəti ilə əlaqəli ola bilər.

2024-cü ildə ərazidən götürülmüş 88 torpaq nümunəsinin analizi də diqqətçəkən fərqlər ortaya qoyub. Araşdırmaya əsasən, qaya formasiyasının daxilindəki torpaqda üzvi maddələrin miqdarı daha çox, kalium səviyyəsi isə təxminən 38 faiz yüksək olub.

Bundan başqa, həmin ərazidə dəniz canlılarına aid fosil qalıqlarının tapılması bu yerin bir vaxtlar su altında qaldığını göstərir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar