Ru
23:02 / 27 Yanvar 2026

12-ci erməni Qarabağdan niyə getmək istəmədi? - Həkəri körpüsünə çatanda...

12-ci erməni Qarabağdan niyə getmək istəmədi? - Həkəri körpüsünə çatanda...
Eye

Azərbaycanın təhvil vermək istədiyi ermənilərdən biri Qarabağdan getməkdən imtina edib.

Bakupost.az xəbər verir ki, bu haqda Nyus.am yazıb.

Həkəri körpüsünə çatanda Qarabağda yaşayan Mişa Qriqoriyan Ermənistana getmək fikrindən daşınıb və azərbaycanlı nümayəndələrdən onu geri qaytarmağı xahiş edib. Bu barədə Mişa Qriqoriyanın qohumu, Qarabağı tərk etmiş Tiqran Petrosyan bildirib.

Onun sözlərinə görə, Mişa azərbaycanlı nümayəndələrə Ermənistanda öldürüləcəyindən qorxduğunu deyib. Petrosyanın iddiasına görə, Mişa bunu Bakıda mühakiməsi davam edən keçmiş xunta rejiminin "dövlət naziri" Ruben Vardanyanın və digər hərbi canilərin əleyhinə ifadə verməsi ilə izah edib. Petrosyan Qriqoriyanın artıq Qarabağa qaytarıldığını açıqlayıb.

Xatırladaq ki, Qarabağda qalan 10 erməni və bir rus Ermənistana köçürülüb. Bu barədə sosial şəbəkədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat yayıb.

(Musavat.com)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar