Ru
23:39 / 27 Yanvar 2026

Ukrayna sülh planı ilə razılaşdı, bir şərtlə... - Sibiqa

Ukrayna sülh planı ilə razılaşdı, bir şərtlə... - Sibiqa
Eye

20 maddəli sülh planı Ukrayna ilə ABŞ arasında imzalanacaq, Aİ-nin imzası olmayacaq.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Avropa həqiqəti” nəşrinə müsahibəsində bildirib. O, deyib ki, razılaşma ikitərəfli sənəddir. Hazırda məhz belə bir konstruktsiya müzakirə olunur, lakin danışıqlar prosesi hələ davam edir.

Sibiqa əlavə edib ki, Avropa İttifaqı sülh prosesində və təhlükəsizlik zəmanətləri barədə razılaşmalarda iştirak edir. Onun sözlərinə görə, bu zəmanətlər hüquqi baxımdan məcburi olmalıdır.

“Buna görə də mühüm məsələ odur ki, zəmanətlərin ratifikasiyası, xüsusilə ABŞ Konqresində ratifikasiya zərurəti barədə razılıq var”, deyə XİN başçısı əlavə edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, respublikanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik üçün əsas zəmanətlərdən biridir və məhz buna görə Kiyev bu mövzuda 2027-ci il üçün konkret tarix haqqında danışır. Ukrayna bu mövqeyə tərəfdaşların dəstəyini gözləyir", deyə prezident vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar