Ru
22:22 / 27 Yanvar 2026

Rusiya Xarkovda sərnişin qatarına zərbə endirdi

Rusiya Xarkovda sərnişin qatarına zərbə endirdi
Eye

Rusiya dronları Xarkov bölgəsində sərnişin qatarına zərbə endirib, nəticədə lokomotivdə və vaqonda yanğın baş verib. Xəsarət alanlar var.

Bakupost.az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

“Rusiyanın "Şahid" dronları Barvenkove-Lvov-Tsop marşrutu üzrə hərəkət edən sərnişin qatarına hücum edib. Hadisə Xarkov bölgəsinin Barvenkove icmasında baş verib”, - deyə o bildirib.

Sinequbov vaqonlarda olan 291 sərnişinin təxliyə edildiyini, buna rəğmən ikisinin xəsarətlər aldığını qeyd edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar