Ru
23:12 / 27 Yanvar 2026

Mirzoyan AŞPA prezidenti ilə Azərbaycanla sülhdən danışdı

Mirzoyan AŞPA prezidenti ilə Azərbaycanla sülhdən danışdı
Eye

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqa işgüzar səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Petra Bayr ilə görüşüb.

Bakupost.az xəbər verir ki, görüşdə regional təhlükəsizlik və sülh prosesi müzakirə mövzularından biri olub.

A. Mirzoyan 8 avqust razılaşmaları nəticəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş irəliləyişlərdən danışaraq, sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları təqdim edib.

Tərəflər həmçinin parlamentlərarası əməkdaşlığın vacibliyini və humanitar xarakterli məsələlərin həlli yollarını nəzərdən keçiriblər. Nazir AŞPA-nın Ermənistan üçün prioritet təşkil edən məsələlərdə göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını ifadə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar