Ru
17:06 / 23 Yanvar 2024

16 mindən çox IMEI kodun istifadəsi məhdudlaşdırılıb

16 mindən çox IMEI kodun istifadəsi məhdudlaşdırılıb
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom MMC-yə məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) 2013-cü ildə yaradılıb.

Bakupost.az xəbər verir ki, MCQS telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.


2013-2023-cü illər ərzində Azərbaycanda 25 milyondan çox mobil cihaza aid IMEI kod qeydiyyata alınıb.

Qeyd edək ki, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

“AzInTelecom” MMC tərəfindən mütəmadi olaraq monitorinq edilərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparılır. Nəticə bu günədək etibarilə surətinin köçürüldüyü aşkarlanan 16 mindən artıq IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılıb. Həmin IMEI kodlar üzərində 1,5 milyon nömrə şəbəkədə görünüb.

Vətəndaşlar istifadəsində olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar