Bu gün Artur Rasi-zadənin baş nazir vəzifəsinə
təyin edilməsinin 20-ci ili tamam olur.
BakiPost.azxəbər verir ki, Artur Rasi-zadə 26 fevral 1935-ci ildə Gəncə
şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.
İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye
İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması
ETİ "AzİNMAŞ"da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis,
layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində
işləyib.
1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində
baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" ЕİB rəisinin
birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft
maşınqayırması ETİ-nin direktoru olub.
1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan
Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də
maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası
Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini) vəzifələrində olub. 1992-1994-ci illərdə İqtisadi
İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi,
1994-1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin
iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş
Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust
- noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan
Respublikasının Baş naziridir.
Bakı Post