Bakıda zəhərlənmə faktı qeydə alınıb.
Bakupost.az -ın məlumatına görə, hadisə Babək prospektində yerləşən restoranlardan birində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü S. Rzayeva həmin restoranda içdiyi içkidən zəhərlənərək Toksikologiya Mərkəzinə aparılıb.
Xəstəyə lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.