Ağdaşda velosipeddən yıxılan kişi ölüb.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Aşağı Ləki kəndinin ərazisində qeydə alınıb.
Belə ki, 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Onun epilepsiya xəstəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.