Ru
22:52 / 04 Avqust 2025

Qəbələdə xəsarət alan ərəb helikopterlə Bakıya aparıldı

Qəbələdə xəsarət alan ərəb helikopterlə Bakıya aparıldı
Eye

Qəbələdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri müəyyənləşib.


Bakupost.az xəbər verir ki, hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları - 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham - müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

***

19:31

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.


Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində baş verib.

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.

Qəza zamanı ağır xəsarət alan qadınlardan biri Bakıya göndərilməsi planlaşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar