Azərbaycanda kirayə bazarında son illərdə bahalaşma müşahidə olunur.
Təxminən 2020-2021-ci illərdə Bakıda orta kirayə haqqı daha çox 400-600 manat aralığında dəyişirdisə sonrakı illərdə mərhələli artım baş verərək 700-800 manat səviyyəsinə qalxdı, daha sonra 900 manata yaxınlaşdı və nəhayət 1000 manat həddini keçdi.
Belə ki, bazarda cəmi 3-4 il ərzində təxminən iki dəfəyə yaxın bahalaşma müşahidə olunub. Bu da özlüyündə ciddi artım deməkdir. Bu bahalaşmanın əsas səbəbləri nələrdir? Kirayə qiymətlərində artım davam edəcəkmi, yoxsa sabitləşmə və enmə mümkündür?
BakuPost