Ru
15:47 / 30 İyul 2025

41 bağça müdiri işdən çıxarıldı

41 bağça müdiri işdən çıxarıldı
Eye

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb.

Baklupost,az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

"Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrəmonitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır.

 Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır. 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 müdir işdən çıxarılıb və100-dən çox müdirə inzibati tədbirlər tətbiq olunub", - şöbə müdiri qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar